Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq" 

"Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar".

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanın Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilanda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var:

"Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə investisiya yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir".

Nazir deyib ki, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanın texnologiya sahəsinə investisiya yatırmağı nəzərdən keçirirlər:

Xalid ibn Əbdül Əziz Əl-Faleh qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar: "Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar".

"Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır", - səudiyyəli nazir əlavə edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar